67a5b4c02d5e9202502252240

“O Ses Türkiye”nin ulduzu son halı ilə şok etdi - FOTO

“O Ses Türkiye” müsabiqəsinə “Soğuk Odalar” performansı ilə damğa vuran Rana Nur Sancak güclü səsi və təsirli çıxışı ilə üç münsifi də döndərməyi bacarmışdı. Rana Nur Sancak illər sonra yenidən ortaya çıxıb.

Qlobal.net bildirir, 2017-ci ildə yayımlanan və münsif kürsüsündə Yıldız Tilbe, Hadisə, Murat Boz və Gökhan Özoğuzun əyləşdiyi yarışmada Rana Nur Sancak səsi və səhnə duruşu ilə diqqət çəkmişdi.

Murat Bozun komandasında yer alan Rana Nur Sancak daha sonra Yıldız Tilbe ilə finala qədər yüksəlmişdi. Yarışmadan sonra uzun müddət göz önündə görünməsə də, hazırda konsert fəaliyyətini davam etdirir.

15 yaşından musiqiyə başlayan və musiqiçi bir ailədə böyüyən sənətçi, "O Ses Türkiye"yə qatılma səbəbini “Özümü sübut etmək istəyirəm” sözləri ilə açıqlamışdı.

Sosial mediada yayılan son görüntüləri böyük marağa səbəb olub. İzləyicilər onun fotosuna “Çox gözəl”, “Hələ də çox cazibədar”, “Dəyişib”, “Tanınmaz haldadır” kimi şərhlər yazıblar.

Səbinə
Qlobal.net

07.02.2025 18:46
show 23