O qız böyüdü…. qayıtdı- 32 il sonra (VİDEO)
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı
Qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı azərbaycanlılara
qarşı törədilən soyqırımdan 32 il ötür. Bu dəfə əvvəlki illərdən fərqli olaraq artıq Xocalıda üçrəngli Azərbaycan bayrağı məğrur-məğrur dalğalanır.
İndi Xocalıda həyat dirçəlir. İllərlə həmin gecəni unuda bilməyən,
gözləri yollarda qalan Xocalı sakinləri öz doğma yurdlarına qayıdır,
həmin torpaqlarda inamla addımlayırlar.
Onlardan biri də 32 il öncə, 9 yaşında Xocalını ayaqyalın, başıaçıq tərk edən Lətifxanımdır.
ARB TV kanalı Sevinc Çılğının ssenarisi və İlham Yaşaroğlunun
rejissorluğu ilə Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş rolik
hazırlayıb.
Lətifxanımın 32 il sonra Xocalıya qayıdışı və onunla Milli Qəhrəman
Çingiz Mustafayevin faciə zamanı söhbəti üzərində qurulan qısa rolik
sosial şəbəkələrdə böyük maraq oyadıb.