"Tanımadım. Bir dəfə olmusunuz bizim efirdə?".
Qlobal.net Titul.az-a istinadla xəbər verir ki, bunu Zaur Kamal verlişində qonaq olan gənc ifaçı Könül Əliyeva barədə deyib.
Aparıcı studiyaya gələn müğənnini tanımaqda çətinlik çəkib. İfaçı bu qədər dəyişməyinin sirrini açıqlayıb: "Bəli, qonaq olmuşa sizin verlişdə. Dəyişmişəm, çünki arıqlamışam. Çünki kök idim o zaman, 90 kilo idim, indi 58 kiloyam.
Mədəkiçiltmə əməliyyatı oldum. 3 aydır əməliyyat olmuşam, 3 aydan sonra əminəm ki, özümü də tapa bilməyəcəm".