Xalq artisti Brilliant Dadaşova toylarda ifa etdiyi mahnılardan danışıb.
Qlobal.net olay-a istinadən xəbər verir ki, sənətçi istəyə uyğun olaraq hər musiqini oxumadığını söyləyib.
Bu barədə Dadaşova "Xəzər axşamı" verilişində qonaq olarkən deyib:
"Estrada musiqilərimizi qorumaq lazımdır. O musiqiləri böyük dühalar yazıb. Toyda öz mahnılarımdan oxuyuram, çalışıram ki, bəstəkar mahnılarımızı ifa edim. Hansı məclisdə ki, mənə gəlib "dandirik" mahnı istəyirlər, deyirəm ki, get evdə kaseti qoy, o mahnılarla özün üçün ürəyin istəyən qədər, doyunca oyna. Mən o mahnıları oxumuram. Əvvəl deyirdilər ki, dostunu mənə göstər, deyim sən kimsən. İndi isə dinlədiyin musiqini mənə göstər, deyim sən kimsən".