
Xalq artisti Röya Ayxan Kann Film Festivalı haqda təəssüratlarını bölüşüb.
Qlobal.net xəbər verir ki, Röya Ayxan bu uğurunun arxasında onun böyük cəsarətinin və özünəinamının olduğunu söyləyib.
Müğənni bildirib ki, bu tədbirə dəvət aldıqda tərəddüd etmədən razılaşıb:
“Düşünürəm ki, məni zirvələrə ucaldan əsas məqam olduğum mövqeyimlə heç zaman kifayətlənməməyimdir. Burada qəti həyəcan keçirmədim, özümü Azərbaycanda olduğum kimi hiss etdim. Qırmızı xalıdan keçəndə ətrafımdakı hər kəsin-fotoqrafların, videoqrafların belə özümüzünkülər olduğu kimi davrandım. Bu festival mənə yüksək enerji bəxş etdi. Və sizə söz verirəm hər il canımız sağ olsun, ölkəmizdə sülh əmin amanlıq olsun bu cür böyük, beynəlxalq tədbirlərdə tez – tez görüşəcəyik. O gün olsun sizin üçün ingiliscə oxuyum, ağladım sizi”.
Qeyd edək ki, R.Ayxanın Kann Film Festivalında iştirakı müxtəlif müzakirələrə səbəb olub. (Teleqraf)