photo_43768100
Nyu-Yorkda azərbaycanlı yüksək vəzifəyə təyin olundu

ABŞ-da yaşayan həmyerlimiz Rəna Abbasova Nyu-York şəhər meriyasının Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri vəzifəsinə təyin olunub.


“Report”un yerli bürosu xəbər verir ki, R.Abbasovanı bu vəzifəyə Nyu-Yorkun yeni meri seçilən Erik Adams təyin edib.


Yanvarın 1-də vəzifəsinin icrasına başlayan E.Adamsın komandasında iki türk yer alıb. 


Qeyd edək ki, həmyerlimiz E.Adamsla 2016-cı ildən bu günə kimi - o Nyu-Yorkun Bruklin inzibati rayonunun rəhbəri olduğu vaxtdan birlikdə işləyir.


10.01.2022 07:24
197