Xəbər verdiyimiz kimi, aylar əvvəl müğənni Nüşabə Musayeva
“Bizimləsən” ictimai-sosial verilişinin canlı efirində atalığının
anasına xalası ilə xəyanət etdiyini açıqlayıb və onları yataqda öz
gözləri ilə gördüyünü iddia edib.
Nüşabə qonaq olduğu
“Elgizlə izlə” ictimai-sosial verilişində yaşadığı qalmaqallı olayla
bağlı açıqlaması ilə gündəmə səs salıb.
Musayeva bildirib ki, yaxın günlərdə xalasının səs yazılarını və onun fotosunu sosial şəbəkə hesabında yayımlayacaq: “Xalamın səsli mesajlarını və fotosunu sosial şəbəkədə yayacağam. Bu
yaşa çatmışam, nə həyat yoldaşımın, nə də ki, cavan, eşq yaşayacaq
insanın səsini eşitmişəm. “Əlvida, mənim dəyərli sevgilim. Əlvida, mənim
sevib, amma heç zaman məni sevməyənim” (xalasının səs yazısında
söylədiklərini Nüşabə efirdə deyir) (gülür). Hər insanın sevib-sevilmək
hüququ var. Səsdə deyir ki, evli bəylərlə danışan qadınlara nifrət
edirəm. Sonra deyir ki, nə olub sənə? Evdəsən, ailən də, uşaqların da
yanında...” (bizim.media)