65e97f729bb82202403244850
Nüşabə meyxanaçı Rüfətin FOTOsunu paylaşıb görün nələr yazdı

Müğənni Nüşabə Musayeva meyxanaçı Rüfət Nasoslu ilə bağlı qalmaqallı paylaşım edib. 

Qlobal.net bizim.media-ya istinadən bildirir ki, bununla bağlı sənətçi sosial şəbəkə hesabında post paylaşıb. 

Nüşabə qarşı tərəfi yəni Rüfəti efirlərdə onun haqda xoşaqəlməz fikirlər səsləndirdiyini yazaraq, sonuncə dəfə xəbərdarlıq ünvanlayıb:"Sən öz aləmində güya mənimlə məzələnib məni ələ salırsan?  Başın qaçıb sənin? Kimlərlə səhv saldın məni? Bir də hansısa verilişdə mənə söz deyib atmaca atarsan, sonra da təkrar o qələti edib səhifəndə paylaşarsan, bildin? Məni kimlərləsə qarışdırma. Adamını tanı, özünə tay olanlarla məşğul ol! Bu paylaşıma görə mənə kimsə ağız açmasın. Məndən üzr istəməyənədək bu paylaşım silinməyəcək. Bir arada vaxt tap özünə hörmət elə, sonra da yerini və həddini bil. Mən kimsələrə bənzəmərəm. Ağıllı ol". 


07.03.2024 12:45
show 14569