photo_46697593
Nura Tünzalədən danışdı: "Hamıya mız qoyur, təqin deputat olmağa hazırlaşır" - VİDEO

"O dəyişimi Tünzalədən heç zaman gözləmirdim. Açıq-saçıq özü də geyinmirdi, başqalarında da bunu qəbahət görürdü. Var onda belə bir xasiyyət, hamıya mız qoymağı sevir". 

Qlobal.net bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Nura Suri qonaq olduğu "7 özəl" gecə şousunda deyib.  

Sənətçi "qanlı bıçaq" olduğu Xalq artisti Tünzalə Ağayevanın 180 dərəcə imic və tərz dəyişiminə təriflər yağdırıb:

"Bugünkü gün görürəm ki, geyimləri ilə seçilir. Hər dəfə geyimlərindəki açıqlığı fərqli şəkildə nümayiş etdirir. Ya sinəsi, ya ayağı, ya da ki kürəyi açıq olur. Çox düzgün şəkildə açır. Hamısını birdən açmır. Keçən dəfə bir məclisdə idik, baxıb gördüm ki, çox maraqlı geyinib. Tünzalə bədənini çox gözəl bilir. Özünə çox güvənir. Çünki idmanla məşğul olur, özünə baxır. Artıq o çərçivələri qırıb. Əvvəllər Tünzalədə çərçivələr çox idi və kənardan da hiss olunurdu. Mənə elə gəlir ki, bundan sonra onun güvəni özünə daha da artır.

"Xalq artisti" fəxri adı alandan sonra o artıq seçilməyi, səhnədə fərqli olmağı bacardı. Çox uğurludur. Səhnəyə gələndə Tünzalə başını örtmüşdü və çox maraqlı obrazı vardı. İndi o bir ulduz kimi öz adının sanbalını saxlayıb və qoruya bilir və bunu gözəl şəkildə təqdim edir".  

Qeyd edək ki, illər əvvəl N.Suri maqazin verilişlərinin birində T.Ağayeva haqqında söylədiyi "Elə də böyük yaş fərqimiz də yoxdur ki, mənə nədəsə yol göstərsin.

Tünzalə özünü hər kəsdən üstün görür. Səsim güclüdür deyə, mən kimdənsə üstünəm. Yəqin deputat olmağa hazırlaşır. Ondan da irəli gələ bilər" sözləri ilə qalmaqalın təməlini qoymuşdu.

28.06.2022 11:45
234