“Türkiyədə o qədər hotellər var, zəlzələdə evlərini itirənləri niyə orada yerləşdirmirlər, niyə qalıblar küçədə soyuqda? O qədər xəstəxanaları var, dünyaya göz dağı verə biləcək hərbçiləri, əsgərləri var, niyə onları xilasedici kimi göndərmirlər? Yardımı başa düşürəm, edir bizimkilər, bu tırlar ora 2-3 günə çatacaq. Həm də evdən lazımsız köhnə pal-paltar, ya yorğan, balış aparıb tökməyin ora”.
Qlobal.net xəbər verir ki, bunu müğənni Nura Suri bildirib.
“Yardımı edə bilirsizsə, ya lazımlı şeylər göndərin, edə bilmirsinizsə, zir-zibil aparıb tökməyin ora. Bu qədər müddətdə ordakılara türk milləti yardım edə bilmir ki? Niyə küçədə soyuqda qalıblar ki? – N.Suri qeyd edib.