658bf24485d40202312234540

""Nude" çəkilişlərinə son qoydum, insan ayıb yerlərini örtməlidir" - Səmra (VİDEO)

"Miss Azərbaycan" yarışmasının qalibi Səmra Hüseynova sosial hesabındakı paylaşımı ilə diqqət çəkib.

"Quran" oxuyaraq uzun sürən çarəsiz xəstəliyindən şəfa tapdığını deyən model yeni qərarını izləyiciləri ilə bölüşüb. 

Qalmaqallı model artıq "nude" çəkilişlər etməyəcəyini açıq-saçıq geyimlər uzaq duracağını bildirib:

" 6 aydır şəfa niyyəti ilə "Quran" oxuyurdum. Ağır xəstəliyim vardı. Çox əziyyət çəkirdim. Kitabı oxuyub bitirdiyim gün 15 il çəkdiyim ağrılarım bitdi. Kimin xəstəliyi varsa, mütləq oxusun. Getmədiyim həkim, düşmədiyim xəstəxana qalmamışdı. İnsanlar mənə müqəddəs kitaba toxuna bilməzsən deyirdilər. Modeləm deyə,  mənə olmaz? Hər kəs oxuya bilər, kafir də, xristian da...

Bütün çalışdığım şirkətlərlə çəkilişləri dayandırdım. Kimin çimərlik geyimlərində və "nude" çəkilişlər artıq olmayacaq. Buna görə olan cərimələrimi də ödədim. Çünki kitabı oxuyub əməl etməmək düzgün deyil. İnsan zinadan qorunmalı və ayıb yerlərini örtməlidir. Bu da peşəmlə uyğun gəlmədiyi üçün qərarımı verdim. Ruzim başqa yerlərdən gələr. 6 ay bu işdən kənar qalıb yaşaya bilmişəmsə, yenə alınar".

Həmin paylaşımı təqdim edirik:


(milli.az)

27.12.2023 13:50
show 896