Site icon Qlobal.Net

Noyabrın ƏN ŞANSLI bürcləri – Maliyyə və karyerada UĞURLAR

resize 16

Noyabr ayı ilə birlikdə göy qüvvələrinin enerjisi bəzi bürclər üçün tamamilə yeni bir mərhələnin başlanğıcını müjdələyir. Astroloqlar bildirirlər ki, bu ay xüsusilə bolluq, bərəkət və sevgi baxımından 4 bürc parlayacaq.

Qlobal.net həmin 4 bürcü təqdim edir.

Buğa

Noyabr buğalar üçün maliyyə baxımından əsl “qızıl dövr” olacaq. Uzun müddətdir gözlədikləri gəlir, yeni iş imkanı və ya yatırımlarının bəhrəsini görəcəkləri bir mərhələ başlayır.

Veneranın himayəsində olan Buğalar üçün sevgi həyatı da canlanacaq. Münasibətdə olan Buğalar bağlarını möhkəmləndirəcək, tənha Buğalar isə gözləmədikləri anda ürəklərini kiməsə verə bilərlər.

Tərəzi

Zərifliyin simvolu olan Tərəzilər üçün noyabr ayı tarazlıq və rahatlıq gətirəcək. Uzun müddətdir qarışıq olan münasibətlər aydınlığa qovuşacaq.

İş və karyera sahəsində isə gözlənilməz dəstəklər yoldadır.

Oxatan 

Yupiterin qoruması altında olan Oxatan bürcü üçün noyabr enerjinin və yeni fürsətlərin ayıdır.

Layihələr, təhsil imkanları və ya uzun müddətdir planlaşdırılan bir səyahət reallaşa bilər.

Eşq baxımından da hərəkətli günlər başlayır – Oxatanlar üçün ulduzlar romantik siqnallar göndərir.

Balıqlar 

Noyabr ayı balıqlar üçün emosional yüksəliş dövrüdür. Arzuladıqları münasibət, uzun müddətdir gözlədikləri bir xəbər və ya yaradıcı layihədə uğur onları tapacaq. Neptunun təsiri ilə intuisiya güclənir, Balıqlar daxili səslərinə qulaq asdıqca doğru yolda olduqlarını anlayacaqlar.

Karyera sahəsində isə gözlənilməz bir imkan onların istedadını ön plana çıxara bilər.

Exit mobile version