66dd1507944ac202409240751
Noyabrda Bakıya giriş məhdudlaşdırılacaq? – “Şəhər boşaldılmalıdır”

Noyabr ayında Bakıda keçirləcək COP29 sammiti müddətində ümumi orta təhsil müəssiələrində payız tətilinin elan olunacağı, ali təhsil və peşə məktəblərində isə tədrisin distant təşkil ediləcəyi açıqlanıb.

Həmçinin paytaxtda, Abşeron və Sumqayıt şəhərləri ərazisində təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyi bildirilir. Buna uyğun olaraq sammit müddəti ərzində Bakıya giriş-çıxışın məhdudlaşdırılacağına dair məlumatlar yayılıb.

Noyabr ayında təhlükəsizliyin təmin edilməsi üçün belə bir addım atıla bilərmi?

Qalobal.net Globalinfo.az-a istinadən xəbər verir ki, mövzunu şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza deyib ki, Bakıya giriş-çıxışın məhdudlaşdırılması gözlənilən məsələdir.

Onun sözlərinə görə, təhlükəsizliyin maksimum dərəcədə təmin edilməsi üçün bu addımın atılması münasib və mümkün variantdır:

“Əgər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilərsə, o zaman müəyyən yüngülləşdirici hallar nəzərə alına bilər. Bütün sualların cavabı qarşıdan gələn günlərdə bəlli olacaq. Lakin bunun üçün Bakı tamamilə boşaldılmalıdır. Ona görə də, giriş-çıxışın məhdudlaşdırılacağını düşünürəm”.

08.09.2024 07:07
show 140