Novxanıdakı məşhur malikanə satışa çıxarıldı - Qiyməti açıqlandı
Bir neçə il əvvəl sosial şəbəkələrdə heykəllərlə bəzədilmiş fotoları yayılan məşhur villa yenidən satışa çıxarılıb.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Novxanıda yerləşən saray 6,5 milyon manata təklif olunur.
Novxanı bağlarının ən səfalı yerində qeyri-adi üslubda inşa olunan
bu əsrarəngiz saray Xəzər dənizi sahilində, ümumilikdə 0,45 hektar
ərazinin içərisindədir. 1500 kvadrat metr sahəyə malik olan villa
möhtəşəm dizaynı ilə seçilir.
4 mərtəbədən ibarət olan malikanənin daxilində idman, bilyard və tenis zalları, eləcə də barı, disko klubu mövcuddur.
Qeyd edək ki, sözügedən malikanənin fotoları bir neçə il əvvəl
sosial şəbəkələrdə gündəmə çevrilmişdi. Onun sahibinin kimliyi isə hər
kəsin marağına səbəb olmuşdu. Baku Tv-nin araşdırması nəticəsində
villanın sahibi 60 yaşlı Bəxtiyar Dali kimi tanınan şəxsdir. O, Rusiya
vətəndaşı olduğunu, uzun illər bu ölkədə hərbi mühəndis işlədiyini və
təqaüdə çıxdıqdan sonra Azərbaycanda ata yurdunda yaşadığı bu malikanəni
inşa etdirdiyini söyləyib.