Novruz  süfrəsində 7 S

Novruz bayram süfrəsində S hərfi ilə başlayan 7 qida

Novruz bayramı Azərbaycan xalqının ən əziz və qədim bayramlarından biridir. Bu bayramda süfrənin xüsusi önəmi var. Xalq arasında inanca görə, Novruz süfrəsində bolluq və bərəkəti simvolizə edən 7 “S” hərfi ilə başlayan nemət mütləq olmalıdır. Bu nemətlər bayramın ruhunu, təbiətin oyanışını və yenilənməni əks etdirir.  Bura sumax, sirkə, süd, səməni, su, səbzi və s. aid etmək olar.

1. Səməni

Novruz süfrəsinin ən vacib atributlarından biridir. Yaşıl cücərmiş buğda yeni həyatın, bolluğun və firavanlığın rəmzidir. Səməni Novruzdan bir neçə həftə əvvəl cücərdilir və bayram süfrəsinin mərkəzində yerləşdirilir.

2. Səbzi

Səbzi əsasən göyərtilərdən ibarət olan və müxtəlif yeməklərdə istifadə edilən ətirli inqridentlər toplusudur.

Azərbaycan mətbəxində səbzi plov kimi ləzzətli yeməklərin hazırlanmasında mühüm rol oynayır.niş, şüyüd və digər göyərtilər ola bilər və sağlamlıq üçün faydalıdır.

3. Sumax

Sumax yeməklərə xüsusi dad verən ədviyyatdır. Novruz süfrəsində isə sumax təbiətin oyanmasını və baharın gəlişini simvolizə edir.

4. Süd

Süd saflığın, bolluğun və yeni başlanğıcların rəmzi sayılır. Bayram süfrəsində süddən müxtəlif yeməklər və şirniyyatlar hazırlanır.

5. Sirkə

Sirkə insanın daxili və mənəvi təmizliyini, yenilənməni təmsil edir. Eyni zamanda, yeməklərə xüsusi dad qatır və süfrənin əsas elementlərindən biri sayılır.


6. Su

Su həyatın mənbəyidir və təmizliyin, yenilənmənin simvoludur. Novruz bayramında suyun süfrədə olması xoşbəxt və firavan həyat arzusunu ifadə edir.

6. Sünbül


Sünbül buğda, arpa, çovdar və digər dənli bitkilərin başağında yerləşən toxumlu hissəsidir.

Kənd təsərrüfatında sünbül məhsuldarlığın və bolluğun rəmzi hesab edilir.

Novruz bayramında sünbül bolluq və bərəkət nişanəsi kimi süfrəyə qoyulur.

Novruz süfrəsində 7 “S” hərfi ilə başlayan nemətlər qədim inanclara əsaslanır və bayramın əsas simvollarından hesab olunur. Bu nemətlər süfrəyə qoyulmaqla bərəkət, bolluq və xoş günlər arzu edilir. Qoy, bu Novruz hər kəsə sevinc, bolluq və firavanlıq gətirsin!

19.03.2025 12:01
show 111