63e3e9067d0bc202302232510
Növbəti güclü zəlzələ İstanbulda olacaq - Professor

Alimlər yaxın illərdə Türkiyənin 17 milyona yaxın əhalisi olan ən böyük şəhəri İstanbulda güclü zəlzələnin baş verə biləcəyini proqnozlaşdırırlar. Bu, şəhərin coğrafi mövqeyi ilə bağlıdır.

Qlobal.net axar.az-a istinadən bildirir ki, bu barədə hələ 2006-cı ildə "Quardian" qəzetinə müsahibəsində türkiyəli professor Okan Tüysüz danışıb.

Professor müsahibəsində zəlzələnin 2030-cu ilə qədər baş verə biləcəyini qeyd edib: "Maqnitudasını bilirik. Yerini bilirik. Sadəcə, nə vaxt olacağını dəqiq bilmirik. Amma 2030-cu ilə qədər İstanbulda 7,6 bal gücündə zəlzələnin baş vermə ehtimalı 65 faizdir".

08.02.2023 22:22
show 443