64ba9499617e6202307232217
"Niyamın bu mahnısı üz qarasıdır, verilişimdə verilməsin" - VİDEO

Müğənni Səidə Dadaşova və Niyam Salaminin repertuarında yer alan "Ölüm-ölüm" mahnısını oxuması canlı efirdə qalmaqala səbəb olub.

Qlobal.net bizim.media-ya istinadən bildirir ki, "Elgizlə izlə" ictimai-sosial verilişinin aparıcısı Elgiz Əkbər sözügedən mahnıya görə həm Səidəni, həm də Niyamı sərt şəkildə tənqid edib.

Elgiz bildirib ki, bu nəğməni bir daha öz verilişində eşitmək istəmir:

"Bu mahnının musiqisi gözəl deyil. Ayıbdır! Bu tip mahnılar mənlik deyil. Niyam çox gözəl müğənnidir, ifa tərzini də çox bəyənirəm. Amma bu mahnı onun yaradıcılığının üz qarasıdır. Mahnının nə musiqisini, nə də sözlərini bəyəndim. Bu mahnı efir üçün deyil. İxtiyarım var deməyə ki, bir daha bu mahnı verilişimdə səslənməsin".

Elgizin bu sözləri Səidəni əsəbiləşidirib.

"Bu mahnının üstünə lap çox düşdüz. Mən, efirdə elə mahnılar eşidirəm ki, heç onları toyda da oxumaq olmaz. O qədər söz yığınından ibarət bayağı mahnılar var ki,... "Qoşa çinar" guya yaxşı mahnıdır? O nə mahnıdır axı? Heç bu mahnını toyda oxumaq belə düzgün deyil", - deyə Dadaşova bildirib.

Lakin proqramın aparıcısı müğənnin bu fikirləri ilə razılaşmayaraq "Qoşa çinar" mahnısının müdafiəsinə qalxıb. Elgiz bildirib ki, "Ölüm-ölüm"dən fərqli olaraq "Qoşa çinar" mahnısının gözəl sözləri və məna yükü var.


21.07.2023 18:21
show 442