666fd5ef5a272202406242135
Niyaməddin Musayev polis tərəfindən saxlanıldı - VİDEO (YENİLƏNİB)

Xəbər verdiyimiz kimi, Xalq artisti Niyaməddin Musayevin polis tərəfindən saxlanıldığı iddia edilən görüntülər yayılıb.

Məsələ ilə bağlı "Unikal"a açıqlama verən N.Musayev bildirib ki, o, saxlanılmayıb:

"Mən həmişə Ağ Şəhər Bulvarına idman etmək üçün gedirəm. Orada dairəvi yol var. Həmin ərazidə avtomobili saxladım. Bildiyiniz kimi, indi yeni bir sistem yaradıblar, telefonla SMS göndərmək lazımdır ki, maşını park etdiyini bildirəsən və buna görə 1 manat ödəniş edəsən. SMS göndərmədən saxlayanda 20 manat cərimə edirlər.

Mənim yeni sistemdən başım çıxmır. Ona görə də polis əməkdaşlarına özüm yaxınlaşıb kömək istədim ki, telefonumla SMS göndərsinlər. Onlar da sağ olsunlar, mənə kömək etdilər.

Çox sayda nadan insanlar var, yazıblar ki, guya məni polis saxlayıb. Belə bir şey yoxdur. Məni nəyə görə saxlamalıdırlar? İctimaiyyət arasında özümü idarə etməyim və digər davranışlarım yerindədir", - deyə o qeyd edib.

***

Sosial media seqmentində Xalq artisti Niyaməddin Musayevin görüntüləri yayılıb.

Qlobal.net axşam.az-a istinadən xəbər verir ki, videoda müğənninin avtomobilini idarə edərkən polis tərəfindən saxlanıldığı əks olunub. Polis əməkdaşları onu saxlayaraq sükan arxasında əyləşən N.Musayevin sənədlərini yoxlayıblar.

Həmin görüntüləri təqdim edirik:


17.06.2024 10:21
show 5189