65bb87e9f2598202402240041
Niyam Salami od püskürdü: “Kül sənin kişi başına...”

Müğənni Niyam Salami şou-proqramlardan birində əsəblərinə hakim ola bilməyib. 

Lent.az-ın xəbərinə görə, müğənni kişilərin telefonla öz şəkillərini çəkərkən qadın kimi əzilib-büzülmələrini qınayıb. 

“Qızlar, oğlanlar kamera ilə telefonda danışanda niyə dodaqlarını büzür, qaş- gözlərini oynadırlar?  Qız bir yana, kişi belə iş görər? Sənin başına daş düşsün. Kül sənin başına. Müğənnilər bunların yanında yalan olub. Sən kişisən! Kişi axı, dodağını kameraya baxıb niyə büzməlidir? Bunlar ayıb şeylərdir”, - o bildirib.

01.02.2024 15:58
show 1878