644a362d6ed3f202304234533

Niyam: "Aynur oxuyanda mən "Havayka" köynəkdə Masallıda gəzirdim" - VİDEO

Müğənni Niyam Salami hazırda küsülü olan duet ortağı Aynur Dadaşova ilə münasibətlərindən söz açıb. 

Qlobal.net bizim media-ya istinadən xəbər verir ki, sənətçi qonaq olduğu "Günaydın, Azərbaycan!" səhər şousunda xanım həmkarı ilə dostluqlarının bitməsini aralarındakı iş müqavilələrinin bitməsi ilə "ört-basdır" edib. 

"Aynur Dadaşova uşaq olsaydı, əlindən tutub harasa aparardım. Aynur Dadaşova oxuyanda mən "Havayka" köynəkdə Masallıda gəzirdim. Aynurla müqaviləmiz bitdi. 50 il ailəli olan, uşaqları əsgər gedən insanlar da ayrılırlar. Deyirlər ki, münasibətimiz düzgün formalaşmadı. Elə də biz", - deyə Niyam vurğulayıb. 

Qeyd edək ki, Aynur Dadaşova ilə Niyam Salaminin dostluqlarının bitməsinə səbəb xanım müğənnin həmkarına düşmən kəsilən şəxslərlə restoran açması olub. 


 
27.04.2023 12:45
show 1028