Niyam Aynur Dadaşovanı yıxıb-sürüdü: "Əfi ilan saxlamışam"
Müğənni Niyam Salami ilə Aynur Dadaşova arasında qalmaqal yaşanıb.Qlobal.net xəbər verir ki, buna səbəb Aynurun restoran açması olub.
"Zaurla Günaydın" verilişinə qonaq olan Niyam ad çəkmədən keçmiş dostunun ünvanına sərt sözlər deyib.
"Danışmaq istəmirəm, reklam olar. Hər zaman dostun yanında olmuşam. O da
onu istəyir ki, mən danışım. Hər şeyimin eynisini edib. Əfi ilan
saxlayırmışam. Ana olmayan xanımlardan ehtiyat etmişəm. Çünki uşaqlıqdan
qızlara şeytan deyə-deyə, böyüyürlər və əsl şeytan olurlar. Qız ərə
gedib, ana olandan sonra qarşısında baş əymişəm. Ana söhbəti gələndə,
başqadır".