Xalq artisti Nisə Qasımova uzun illər onunla düşmən münasibətdə olub, ədavət aparan həmkarından söz açıb.
Qlobal.net bizim.media-ya istinadən bildirir ki, bu haqda 69 yaşlı sənətkar qonaq olduğu "Dəyişən cavab" verilişində danışıb.
Sözügedən sənət yoldaşının qadın olduğunu söyləyən N.Qasımova baş verənləri belə danışıb: "Oradan-buradan danışmışıq. Nə o, nə də mən məsələləri açıb-ağartmadıq.
Sonuncu dəfə anamın yasında görmüşəm. Sağ olsun, gəlmişdi. Mən onun
gələcəyinə inanmırdım. Anam dünyasını dəyişməzdən 3 gün əvvəl
fikirləşdim ki, kiminləsə münaqişəm var, kimsə yolumu bağlamış ola
bilər. Ola bilsin ki, onlardan biri gəldi, dedi ki, keçib də,
bağışlayarsan? Anam dedi ki, o adamı qarşıma qoyub deyərəm ki, Nisənin
nə günahı var idi ki, onun lent yazılarını pozdurdun, konsertlərinə
qadağa qoydurdun?!
Səndən kiçikdir, səni çox sevir. Düşünürdüm ki, nə vaxtsa onunla ana-bala, bacı kimi dost ola bilərdik. İnsan sənətkardırsa...
Mən də vətəndə yaşayan xalqın kiçik nümayədəsiyəm, bunlar niyə
olmalıdır? Əlimdə səlahiyyət olsa ki, vur, yıx, qoyma onu... Anamın
yasına gəlməyi çox böyük addım idi. Məncə, burada bir sirr var, onu tapa
bilmirəm. Fikrimcə, olub keçənlərin üstündən xətt çəkmək istəyirdi.
Yəni o insana qarşı müəyyən şeylər var idi, onu unutdum.
Məni öldür, qına. Amma anama mənəvi əziyyət verəni, kim olursa olsun,
bağışlaya bilmirəm. Mənə də çox şey deyiblər. Bizim dövlət
televiziyamızda musiqi departamentinin sədri var idi, vəfat edib.
İllər keçdi, ona sual verirdim ki, kim, necə edirdi bunu? Hətta
sədrlərdən biri özü dedi ki, mən artıq bezdim, deyirmiş ki, gərək filan
mahnını oxumazdı, filan şeyi etməzdi, niyə onu efirə buraxdın? Mən bunun
səbəbini tapmıram. Bütün illər ərzində çəkdiklərim məni çox sındırdı.
Həvəsdən düşürdüm. Bir layihəm olurdu, onu həyata keçirə bilmirdim.
Bilirdim ki, pozulacaq, alınmayacaq. Amma bilin ki, üzərimə qayalar
boyda dərd axıtsaz da, sınan deyiləm, içəridə olan o cöhvər, mənimlə
gedir. O əyilə, sına bilməz. Birlik, həmrəylik yalnız görüntüdə
olmamalıdır".