Çində baş verən qeyri-adi hadisə sosial mediada geniş müzakirələrə səbəb olub. Nişanlısının ona xəyanət etdiyini öyrənən bir kişi toydan bir gün əvvəl aldığı görüntülərlə həyatının şokunu yaşayıb.
Qlobal.net xəbər verir ki, gələcək bəyin telefonuna nişanlısının bir oteldə başqa bir şəxslə səmimi görüntüləri göndərilib. Sözgedən videonu təsadüfən həmin oteldə olan və gəlinlə tanış olan bir şəxs lentə alaraq bəyə təqdim edib.
Hadisədən xəbərdar olan bəy isə təmkinli davranaraq, məsələyə toy günü reaksiya verməyə qərar verib. Mərasim zamanı, bütün qonaqlar məkanında yerini aldıqdan sonra böyük ekranda gəlinin başqa bir kişi ilə oteldə çəkilmiş görüntüləri nümayiş olunub.
Kadrlardakı şəxsin bəy olmadığını görən qonaqlar şoka düşüblər. Gəlin vəziyyətdən xəbər tutaraq toyu tərk edib və bu izdivac baş tutmayıb.
Hadisə qısa müddətdə internetdə yayılaraq, böyük rezonans doğurub.