photo_59303797
Nişandan qayıdan ailə ağır qəzaya düşdü: Ölən və yaralananlar var

Nişandan qayıdan ailə ağır qəzaya düşdü: Ölən və yaralananlar var

Qlobal.net “Qafqazinfo”ya istinadən xəbər verir ki, Goranboyda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Zeyvə kəndində qeydə alınıb.

Hərəkətdə olan “Hyundai” markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1938-ci il təvəllüdlü Elyasova Nuridə Cəbi qızı hadisə yerində ölüb. Üç nəfər - Elyasova Gülnarə (1967), Elyasova Vüsalə (1979), Mustafayeva Səyalı (1950) isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, ailə Yevlax sakinləridir. Onlar Goranboydan nişan mərasimindən qayıdırlarmış.

Faktla bağlı araşdırma aparılır.

05.09.2022 09:55
show 150