Şou-biznes
Niqulya ildə bir dəfə gündəmə gəlir, o da mənim sayəmdə – Şəbnəmdən Nigara mesaj

Müğənni Şəbnəm Tovuzlu Nigar Camalın onun “kataqoriya” sözünü ələ salmasına reaksiya verib.
Qlobal.net xəbər verir ki, Şəbnəm Nigarın özünü onun vasitəsi ilə reklam etdiyini bildirib:
“Niqulya ildə bir dəfə gündəmə gəlir, o da Şəbnəm Tovuzlu sayəsində. Yenə də mən sağ olum”.
Qeyd edək ki, ifaçılar arasındakı qalmaqala səbəb Şəbnəmin kəməri tərs taxması idi. Nigar onun bu hərəkətini ələ salmışdı. Ondan sonra Şəbnəm və Nigar dəfələrlə bir-birinin ünvanına tənqidlər səsləndirib.