64dcea557c4ca202308232509
“Nikosayağı”nın törətdiyi qəza zamanı TIR niyə yolun ortası ilə gedirmiş? - YENİ DETALLAR - VİDEO

Tanınmış bloger Nicat Şakirlinin törətdiyi qəzadan sonra əsas müzakirə mövzularından biri avtomobilin çırpıldığı TIR-ın niyə ikinci zolaqla hərəkət etməsi ilə bağlıdır.

Qlobal.net “day.az”a istinadən xəbər verir ki, sosial şəbəkələrdə bu məqamı izah edən video yayılıb.

Qəza Heydər Əliyev prospektindəki körpüyə yaxın yerdə baş verib. TIR-ın da ikinci zolağa çıxmasının və yavaş-yavaş hərəkət etməsinin səbəbi körpünün üst hissəsinin əyri olmasıdır.

Yəni TIR körpüyə çatdığı vaxt birinci zolaqla hərəkət edərdisə, o zaman körpünün üstünə ilişə bilərdi. Ona görə də TIR ikinci zolaqla hərəkət edib.

Ətraflı videodan izləyə bilərsiniz:

16.08.2023 19:24
944