“Nikosayağı” ləqəbi ilə tanınan bloqer Nicat Şakirlinin başından qara buludlar səngimədiyi bir vaxtda sosial şəbəkələrdə onun ən xoşbəxt günündən kadrlar yayılıb.
Qlobal.net Titul.az-a istinadla xəbər verir ki, kadrlarda bloqerin 5 il əvvəl baş tutan toyunda həyat yoldaşı Heyran xanımla rəqsi əks olunub.
Həmin kadrları təqdim edirik:
Qeyd edək ki, bu ilin martın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, Nicat Şakirli 5 il müddətinə azadlıqdan məhrum edilib.
O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Eyni zamanda, N.Şakirli 3 il müddətinə də sürücülük hüququndan məhrum edilib.
Xatırladaq ki, Nicatın törətdiyi qəza nəticəsində dostu dünyasın dəyişib, özünün isə bir qolu amputasiya olunub.