638f73ece8649202212225508
Nikahdan əvvəl cinsi əlaqə cinayət hesab ediləcək

İndoneziya parlamenti nikahdan əvvəl cinsi əlaqəyə görə cəzalandırılmanı nəzərdə tutan yeni cinayət məcəlləsini təsdiqləyib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, nikahdan əvvəl cinsi əlaqəyə görə məcəllədə bir ilə qədər həbs cəzası nəzərdə tutulur və evli olmayan cütlüklərin birgə yaşaması da qadağandır. Eyni zamanda, yeni cinayət məcəlləsi təkcə İndoneziya vətəndaşlarına deyil, həm də əcnəbilərə şamil edilir.

Həmçinin yeni qanun prezidentin və ya vitse-prezidentin təhqir edilməsini cinayət hesab edir. 

Məlumata görə, İndoneziya 1949-cu ildə Hollandiyadan müstəqillik əldə etdikdən sonra qəbul edilən ölkənin cinayət məcəlləsinə yenidən baxılıb. İndi o, prezident Coko Vidodo tərəfindən təsdiqlənməlidir. Bundan əlavə, məcəllənin yeni müddəalarının tətbiqi üçün əlavə qaydalar hazırlanacaq üç illik keçid dövrü nəzərdə tutulur.

06.12.2022 20:54
show 1400