30.09.2020
09:40

Nigeriya dövlət neft şirkətini yenidən quracaq

Afrika qitəsinin neft və təbii qaz ilə zəng ölkəsi Nigeriyada, ölkənin dövlət neft şirkətinin yenidən qurulması üçün qanun hazırlanıb. 

Marja xəbər verir ki, Prezident Məhəmməd Buhari tərəfindən parlamentə təqdim edilən qanunda, Nigeriya Milli Neft Şirkətinin (NNPC) tam müstəqil kommersiya şirkətinə çevrilməsi, büdcədən və dövlət fondlarından yardım almaması nəzərdə tutulur.

Nigeriyanın Neft Ehtiyatları Naziri Timipre Sylva, qanuna bağlı etdiyi şərhdə, NNPC-in özəlləşdiriləcəyi barədə xəbərlərin doğru olmadığını bildirib. 

Loading...