65dafe987b19c202402244720
Nigar Camal yataqdan görüntülərini PAYLAŞDI - VİDEO

Tez-tez geyimləri ilə gündəm yaradan müğənni Nigar Camal bu dəfə yataqdan görüntüləri ilə diqqət çəkib.

Qlobal.net xəbər verir ki, ifaçı rəfiqəsi ilə birlikdə Azərbaycanın məşhur qış kurortlarından birinə üz tutub. O, qısa səfərindən görüntülərini instaqramda paylaşıb və qışı sevdiyini yazıb.

"Bəzən şəhərin səs-küyündən uzaq olmaq istəyirsən.... Mən qarı, dağları, təmiz havanı, sükutu sevirəm...", - ulduz paylaşımına yazıb.

Səhər rutinini də lentə alan məşhurun bu görüntüləri instaqramda maraqla qarşılanıb. (publika.az)


25.02.2024 12:46
show 5004