nigar camal
Nigar Camal paylaşımı ilə DİQQƏT ÇƏKDİ - FOTO

Müğənni Nigar Camal sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.  

Qlobal.net xəbər verir ki, sənətçi instaqram hesabında idman zalında lentə alınan yeni görüntülərini paylaşıb. Məşq prosesi zamanı ifaçının yanında həmkarı Eldar Qasımov da olub.  

Hər zaman fit və cazibədar görünüşü ilə seçilən 42 yaşlı Nigar bu dəfə də diqqətləri üzərinə çəkməyi bacarıb. 

Onun paylaşdığı görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən maraq və rəğbətlə qarşılanaraq çox bəyənilib. 

Məlumat üçün bildirək ki, Nigar Camal uzun müddətdir idmanla məşğuldur. Hətta sənətçi bir müddət əvvəl etdiyi akrobatik hərəkətlərlə gündəmə gələrək müzakirələrə səbəb olmuşdu.  

Nigar Camalın sözügedən videosunu təqdim edirik:

 

BAKU.WS

20.10.2022 12:55
show 666