Şou-biznes

Nigar Camal görün harasını sığortalayıb – VİDEO

Bədən üzvlərinin sığortası könüllü sığorta növünə aiddir. Lakin hələ də bu sığorta növü azərbaycanlılar üçün yaddır. Çünki həyat və mənzil sığortası kimi mövzulara belə ciddi yanaşmayan vətəndaşlarımız çətin ki, bədən üzvlərini qoruya.

Qlobal.net xəbər verir ki, buna baxmayaraq Azərbaycanda da sığorta şirkətləri vətəndaşlara bu sığorta növünü təklif edirlər.

Ekspertlər bildirir ki, bu sığorta növünün əsas hədəfi məşhur simalardır. Azərbaycanlı müğənni Nigar Camal da “Eurovision” ərəfəsində öz simasını sığorta etdirib. Bir sığorta şirkəti tərəfindən Nigar Camalın üzü 1,5 milyon manat məbləğində sığortalanıb. Həmin vaxt risklərin 50 faizdən çox hissəsi Almaniyanın “Hannover Life Re” təkrar sığorta şirkətinə ötürülüb.

Daha ətraflı video-materialda:

Related Articles

Bir cavab yazın

Back to top button