nigar

Nigar boşanma səbəbini AÇIQLADI: "Sizin o kişi dediyinizin..." - FOTO

Xəbər verdiyimiz kimiƏməkdar artist Nigar Şabanova boşandığını açıqlayıb. 

Sfera.az xəbər verir ki, ifaçı məsələyə sosial media hesabında aydınlıq gətirib.  

"Sizin o kişi dediyinizin tezliklə səs yazılarını paylaşacağam. Görəcəksiniz ki, əyninə hər forma geyinən kişi ola bilmir. Kişiliyi, insanlığı peşəyə qarışdırmayın. Kişi ailə başçısı, qeyrətli oğlan olmaq başqa işdir. Peşə əyninə forma geyinmək başqa işdir. 

Pis yazan hər kəsin əziz övladına onun kimi ailə arzu edirəm. Yaxşı yazıb anlayışla qarşılayanların balasını Allah xoşbəxt eləsin.Kaş bütün xanımlar mənim qədər ailəsini qorumağa çalışardı.  Kişilik qanda yoxdursa, sonradan onu heç bir qadın əmələ gətirə bilməz. Hamı sussun. Əlimdəki sübutları onun peşəsinə, formasına hörmət edib, paylaşmıram" deyə, o, paylaşımında yazıb.

Qeyd edək ki, N,Şabanova XTQ giziri, hərbçi Xəyyam Qaragözov ilə ailəli idi.

 

06.10.2022 16:52
show 1154