photo_16179270
Nəvəsini diləndirən nənənin yalanı üzə çıxdı: 2 evi, maşını var... - FOTO

Sosial şəbəkələrdə Bərdədə yaşayan qadının azyaşlı nəvəsinin klinikaların birində öldüyünü iddia etməsi barədə məlumat yayılıb.



Qlobal.net bakupost-a istinadla xəbər verir ki, adı açıqlanmayan qadının dedikləri ilə bağlı dərhal araşdırmalara başlanılıb.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Teymur Mərdanlı öz feysbuk hesabında məlumat paylaşaraq bildirib ki, qadının dedikləri həqiqətə uyğun deyil.


Onun sözlərinə görə, 11 yaşlı uşaq sağ-salamatdır, ata-anasının yanındadır:


“Halbuki nənə uşağın hər iki valideyninin vəfat etdiyini söyləmişdi. Nənə uşağın artıq dəfn olunduğunu da deyirdi və məsələnin araşdırılmasını israrla istəmirdi. Yəqin azyaşlının əməliyyatı üçün yığdığı vəsaiti də bununla unutdurmaq istəyirmiş. Özünü yazıq biri kimi təqdim edən qadın sadəcə dilənçiliyi, insanları aldadaraq “yetimdir” deyib pul dilənməyi özünə peşə seçibmiş.

Həyətlərində 2 evi və maşınları da var. Məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən araşdırıldı və həqiqət üzə çıxdı. Nənə bu əməlinə görə qanun qarşısında cavab verəcək”.


DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru polis baş leytenantı Aslan Qiyaslı isə bildirib ki, məsələ ilə bağlı nazirlik məlumatlıdır.


"Hazırda Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır", - DİN rəsmisi vurğulayıb.


Qeyd edək ki, hüquq müdafiəçisi Kəmalə Ağazadə də bu gün məlumat paylaşaraq həmin qadının nəvəsini dilənçiliyə məcbur etdiyini bildirib və görüntülərini yayıb.

Nəvəsini diləndirən nənənin yalanı üzə çıxdı: 2 evi, maşını var... - FOTO



Nəvəsini diləndirən nənənin yalanı üzə çıxdı: 2 evi, maşını var... - FOTO



Nəvəsini diləndirən nənənin yalanı üzə çıxdı: 2 evi, maşını var... - FOTO

18.06.2022 13:25
show 242