"Nəvəm olanda bildim ki..." - Qətlə yetirilən Türkanın valideynləri ŞOK FAKTLAR açıqladı
Xəbər verdiyimiz kimi, ötən gün Abşeron rayonu, Novxanı kəndi, İlqar
Mirzəyev küçəsində yerləşən bağ evində qətl törədilib. Türkiyə
vətəndaşı, 1967-ci il təvəllüdlü Muhammet Gündüz həyat yoldaşı, tanınmış
plastik-cərrah Türkan Yafəs qızı Gündüzü bıçaqlayıb. Ağır xəsarətlər
alan 41 yaşlı qadın hadisə yerində vəfat edib.Mərhum Türkan Gündüzün atası News24.az-a mühüm faktları açıqlayıb.
"Türkanın
həyat yoldaşı bizim müəssisədə ocaqçı olub. Sadəcə olaraq, bizə yaxın
yerdə kirayədə yaşayıb. Sonra da özünün bu tülkü variantı ilə qızımın
qəlbini alıb. Mən subay oğlanam, beləyəm, eləyəm… Uşaq da 19 yaşında onu
sevib. Mənim balam çox savadlı uşaqdır. Nəinki o, hər üç övladım ali
təhsillidir. Ümumiyyətlə, bizim ailə ali təhsillidir. Uşaqlarımın hamısı
yüksək səviyyədə təhsil alıb. Yoldaşım da ali savadlıdır, iki ixtisas
sahibidir. Bu adam isə ocaqçı olub, heç peşə məktəbini də qurtarmayıb.
Yetim bir ailənin uşağıdır. Bunların hamısını ailə qurandan bir neçə il
sonra bilmişəm. Sonradan, nəvəm anadan olanda öyrəndik ki, bunun
Türkiyədə ailəsi olub və boşanıb".
O, Türkanın Məhəmməd Gündüzün hesabına ali təhsil alması məsələsinə də toxunub: "Bunların
hamısı şayiədir. Qızımı özüm oxutdurmuşam. Gözümün qabağında müəllimlər
hazırlaşdırıb. Həmişə deyirdim ki, savadlı həkim ol. Türkan dəfələrlə
olimpiadalarda qalib gəlib. O, bu şəxslə tanış olanda Azərbaycan Tibb
Universitetinin 3-cü kursunda təhsil alırdı. Qızım onunla ailə həyatı
quranda 4-cü kursa keçmişdi. Eyni zamanda 1 saylı Şəhər Klinik
Xəstəxanasının Toksikologiya şöbəsində çalışırdı. Mətbuatda onun
biznesmen olduğu ilə bağlı xəbərlər yayılır. Bunların hamısı yalandır.
Onun əvvəlki ailəsindən üç uşağı olub. Biri intihar edib, o biriləri isə
bu gün acından ölür. Biznesmenin şəxsi möhürü olur. Nə biznesmen? O,
biznesmen deyil. Sadəcə, Türkiyə vətəndaşıdır. İcazəsi yox idi ki,
burada torpaq alsın. Türkanın adına torpaqlar ala-ala ev tikməyə
başladı. Onu da qeyd edim ki, Türkanla ailə qurandan sonra uzun müddət
kirayədə yaşadılar. O, biznesmen idisə, imkanları elə qızıma qədər
olardı da…"
Türkanın atası onların boşanma məsələsinə də toxunub: "Türkan
çox saf idi, xeyirxah idi. Neçə qaziyə, pandemiya dövründə neçə insana
təmənasız yardım edib. Ehtiyacı olan insanları təmənnasız əməliyyat
edirdi. Qızım onun qulluqçu ilə xəyanətini görmüşdü və buna görə də
İstanbulda boşanma ərizəsi yazmışdı".
Türkan Gündüzün anası Sevda
Hacıyeva isə xəyanət videosunu özünün yaydığını bildirib: “O videonu
özüm bilərəkdən yaydım. Qoy, qızımın nələr çəkdiyini hər kəs bilsin.
Mənim balama şər atmasınlar. Qızım saf, təmiz, mərhəmətli qız idi”.
Sevda
xanım sosial şəbəkədə yazılanların onu çox üzdüyünü də bildirib:
“Deyirlər ki, guya mən Türkanı dəfələrlə əri ilə barışdırmağa
çalışmışam. Amma bu yalandır. Əksinə, mən onların evliliyinə qarşı
olmuşam. Hətta qızım ona razılıq verdiyi üçün 6 ay onunla danışmadım.
Qızımın o adama ərə getməsini heç zaman istəməmişəm. Məhəmməd atası ilə
mənim qarşımda ağlayıb yalvardı ki, qızınızı sevirəm, evlənməyimizə
icazə verin. Ondan sonra ürəyimiz yumşaldı, razılıq verdik”.