Nəsib Quliyev bu qadına görə intihar edibmiş – Sensasion fakt
Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nasib Quliyevin özünün öldürməsinin səbəbləri haqda sensasion məlumat daxil olub.
Qlobal.net axar.az-a istinadla xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib.
Xatırladaq ki, N.Quliyevin ailə üzvləri ilə münasibətləri soyuq olub. 73 yaşlı pediator Abşeron rayonu, Görədil qəsəbəsindəki bağ evində tək yaşayırmış. Onun uzun illərdir Ukraynada yaşayan oğlu ilə də heç bir əlaqəsi olmadığı bildirilir.