6336f4ba37f0c202209225258

Nərminə dəstək olaq!

Hörmətli həmvətənlər və xeyirxah insanlar!

Xeyirxahlıq- karların eşidə bildiyi, lalların danışa bildiyi və korların görə bildiyi ümumi bir dildir.
2 körpə övlad anası olan Baləliyeva Nərmin qeysəriyyə əməliyyatı zamanı qanaxmaya düşüb. Həkimlər qanaxmanın qarşısını almağa çalışarkən gec intubə (borunun ağızdan tənəffüs yoluna daxil edilməsi) etdiklərindən beyin hipoksiyada (beyində oksigen azlığı və qan çatışmazlığı) qalıb. Bu səbəbdən də Nərminin beyni ciddi zədələnib, hal-hazırda Baku Medical Plazanın reanimasiya şöbəsində yatır və ayılmadığından komadadır. Yeni doğulan körpəsi isə OMD Uşaq Xəstəxanasında küveyz aparatındadır. Artıq reanimasiyanın gündəlik xərclərini ödəmək üçün ailənin heç cür maddi imkanı çatmır.
Əziz və hörmətli xeyirxah insanlar! Hər birinizdən Nərmini həyata qaytarmaq və övladlarına qovuşdurmaq üçün öz imkanınız daxilində maddi kömək etməyinizi xahiş edirik. Unutmayaq ki, başqalarına etdiyimiz xeyirxahlıq, öz səadətimiz üçün qabaqcadan verdiyimiz avansdır. Bir can yarada bilmiriksə, bir cana nəfəs verək.
Əziz dost, sən də xeyirxahlıq et, Nərminə həyat ver!

30.09.2022 17:52
show 476