nərmin

Nərmin əməliyyat etdirən həmkarlarına OD PÜSKÜRDÜ: Bilmirlər harasını dartıb-şişirtsinlər

Müğənni Nərmin Kərimbəyova “Xəbərin var” verilişində əsəbiləşib.

Qlobal.net xəbər verir ki, sənətçi həmkarlarına qarşı sərt çıxış edib. 

O, ifaçıların əksəriyyətinin plastik əməliyyat etdirməsinə belə etiraz edib:

“Burada hər kəs bilmir ki, harasını dartıb-şişirtsin. Mənə standartı görmək xoş deyil ki, hər kəs belə olmalıdır. O standart yoxdur. Bu mənim üçün gülməlidir. Bu yaradıcılıq deyil və mən səhnəyə bunun üçün gəlməmişəm. Əgər deyirlər ki, bunu sənətim üçün edirəm. Bu yalandır. Kim nə edirsə, öz işidir. Ona qarışmaq istəmirəm. Sadəcə nəyisə standart kimi gətirmək olmaz. Bu məni əsəbləşdirir. Artıq baxa bilmirəm. Nə qədər olar? Hər şeyin həddi var”.

Müğənni həmkarlarının tutduğu yolun əksinə getdiyini də etiraf edib: 

“Ona görə mən onun əksini göstərirəm. Bax mən buyam, belə də olacam. Səhnəyə tək səsimi yox, beynimi, öz dəsti-xəttimi gətirmək üçün gəlmişəm ki, belə insanların bu ölkədə var olduğunu göstərim”. 



14.03.2025 16:59
show 204