Cəmiyyət

Nənə və nəvənin hamamdan meyiti tapıldı

Bərdədə nənə və nəvə dəm qazından zəhərlənərək ölüb.

Qlobal.net xəbər verir ki, hadisə rayonun Tumaslı kəndində baş verib. Kənd sakini Fətəliyeva Aytən Əsgər qızı nəvəsi Nəcəfov Sadiq Orxan oğlunu çimizdirərkən dəm qazından zəhərləniblər.

Hər iki şəxsin meyiti Bərdə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin morquna aparılıb. Tibbi müayinədən sonra meyitlər aidiyyatı üzrə təhvil verilib. (Report)

Related Articles

Leave a Reply

Back to top button