Türkiyəli aktyor Kadir Doğulunun Alaçatı istirahət mərkəzində 2 qadınla səmimi rəqs görüntüləri sosial mediada yayılınca, dedi- qodular baş alıb getdi. Kadir Doğulunun öpdüyü qadının Selin Cigerçi, rəqs etdiyi qadının isə imam nikahlı arvadı Sezer Çakır olduğu deyildi.
Neslihan Atagül nəhayət səssizliyini pozub ailəsi haqqında yayılan şaiyələrə fikir bildirib. O ərinin adıçəkilən xanımlarla öpüşmədiyini, sadəcə yüksək musiqi altında səsi eşidilsin deyə sözünü qulaqlarına dediyini bildirib. “Bu səs-küylü yerdə normal bir söhbətdir. Xəyanət barədə deyilənlərə isə əhəmiyyət vermirəm”,- deyə aktrisa söyləyib.
Kadir Doğulu öz növbəsində Neslihandan başqa arvadı olmadığını vurğulayaraq, “mən şəkil çəkdirərkən 80 adam var idi. Şəkil çəkdirmək istəyən hər kəsə yaxınlaşıram, söhbət edirəm”, deyib.
Qeyd edək ki, Sezer Çakır öz sosial şəbəkə hesabında Kadir Doğulu ilə dost olduğunu bildirmişdi. Kadir isə bu iddanın yalan olduğunu söyləmiş oldu. (lent.az)