photo_11113573
"Neftçi"nin ən çox qol vurmuş futbolçusu


"Neftçi"nin heyətində ötən il ən çox qol vurmuş futbolçu bəlli olub

"Neftçi"nin heyətində ötən il ən çox qol vurmuş futbolçu bəlli olub2021-ci ildə "Neftçi"nin heyətində ən çox qol vurmuş futbolçunun adı açıqlanıb.


Klubun rəsmi saytının yaydığı xəbərə əsasən bu, "ağ-qaralar"ın sabiq oyunçusu Namik Ələsgərovdur.


Hazırda Türkiyənin "Bursaspor" klubunda çıxış edən 26 yaşlı yarımmüdafiəçi 13 dəfə topu rəqib qapılarından keçirib.


Namik Ələsgərov 2017 - 2021-ci illərdə "Neftçi"nin formasını geyinib. O, 2020/2021 mövsümündə "ağ-qaralar"ın heyətində Azərbaycan Premyer Liqasının qalibi olub. Yarımmüdafiəçi həmin mövsüm 19 qolla çempionatın bombardiri adını da qazanıb.

05.01.2022 20:45
177