16.06.2021
15:19
229

“Neftçi” məşhur yunan klubuna rəqib ola bilər

Loading...

“Neftçi”nin UEFA Çempionlar Liqasında II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Oxu.Az xəbər verir ki, “Neftçi” I təsnifat mərhələsində Gürcüstanın “Dinamo” (Tbilisi) klubunu keçəcəyi təqdirdə, növbəti rəqibi Yunanıstan çempionu “Olimpiakos” klubu olacaq.

Flaqman ilk qarşılaşmasını Pireydə keçirəcək.

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunları 20-21 iyulda, cavab görüşləri 27-28 iyulda baş tutacaq

Loading...