Şou-biznes

Nəfəsin səhnə geyimi tənqid olundu – Qar yağanda geyinərdi!

Son zamanların ən təlabatlı və enerjili səhnə simalarından biri olan müğənni Nəfəs bu gün Nabranda verdiyi konsertlə gündəmə gəlib. Minlərlə insanın iştirak etdiyi və izdihamın yaşandığı konsertdə ifaları qədər sənətçinin geyimi də müzakirələrə səbəb olub.

Qlobal.net @show_clab-a istinadla xəbər verir ki, yayın ən isti günlərindən birində səhnəyə qapalı və qalın görünüşlü geyimdə çıxan Nəfəs sosial şəbəkə izləyicilərinin sərt tənqidinə tuş gəlib. Onun geyimi ilə bağlı “Qar yağanda geyinərdi!”, “Baxanda adam istidən bişir”, “Pozitiv və enerjili olsa da, geyim performansa baxmağa icazə vermir!” kimi fikirlər səsləndirilib.

Bəzi izləyicilər isə sənətçini istedadına kölgə salmamaq üçün səhnə obrazında daha diqqətli olmağa çağırıb.

Qeyd edək ki, konsert boyunca Nəfəsin ifaları coşqu ilə qarşılanıb və məkan tam dolu olub. Performansı və səhnə enerjisi ilə yadda qalan ifaçı tənqidlərə baxmayaraq, möhtəşəm bir axşam yaşadıb.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от ▪ SHOW_CLAB👁️ (@show_clab)

Related Articles

Bir cavab yazın

Back to top button