nəfəs

Nəfəs Xalq artisti olmaq istəyir - Ona kimlər əngəl yaradır? - VİDEO

Müğənni Nəfəs "YouTube"da yayımlanan “Mirinin dibçəyi” verilişində səmimi açıqlamaları ilə gündəmə gəlib.

Qlobal.net xəbər verir ki, Sənətçi fəxri ad almaq arzusundan danışaraq bildirib ki, 

Əməkdar və Xalq artisti adını qazanmaq heç də asan deyil. O, bu çətinliyin səbəbini isə sənət mühitindəki paxıllıqla əlaqələndirib:

“İrəli gedənləri həmişə ayağından geri çəkirlər. Gözü götürməyənlər çoxdur, əngəllər də var. Bu səbəbdən ad almağım bir az gecikə bilər.”

Nəfəsin bu sözləri sosial mediada maraqla qarşılanıb və sənət camiəsindəki münasibətlərə dair yeni müzakirələrə səbəb olub.


06.04.2025 13:24
show 166