"Bütün qazilərimizdən, onların yaşayış səviyyəsindən xəbərimiz var.
O qaldı ki, sosial şəbəkələrdə olan görüntülərə, deyə bilərik ki,
qazimiz Məlik Məlikov hazırda Bakıda yaşayır".
Bunu Modern.az-a açıqlamasında Astara rayon icra
başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin
müdiri Firəngiz Sadıqova bildirib.
O qazi Məlik Məlikovun ev istədiyini deyib: "Həmin evlər əllilliyi
olan qazilərə verilir, bu qazimiz sığorta da almayıb. Çünki onun
xəsarətləri yüngüldür, əlliliyi yoxdur. Amma biz əlimizdən gələn qədər
ona və digər qazilərə yardımlar etmişik. Adi günlərdə ərzaq göndəririk,
bayramlarda 100 manat pul verilir. Qazilərimiz bizdən razıdır. Bunu
özləri də təsdiqləyə bilər. Onlar bizim baş tacımızdır, balamızdır".
"Qazi 100 manata bayramı necə keçirə bilər" sualına gəlincə, icra başçısının müavini belə cavab verib: “Nə qədər verməliyik pul? 1000 manat?
Büdcədə nə qədər varsa, nə qədər imkan çatırsa, köməklik edirik. Bütün
qazilərə necə lazımdır köməklik olunur, yaraları da, müalicələri də
olunur. Rayonda iş olan kimi biz qaziləri işlə təmin edəcəyik. İlk
sırada onlardır. Amma İcra Hakimiyyəti tərəfindən ev tikilməsi mümkün
deyil. Büdcədə o qədər vəsait yoxdur. Çünki vətəndaşlara ev tikilmir,
balaca rayondur, büdcəmiz kifayət etmir. Əlilliyi olsaydı, heç olmasa,
“YAŞAT” Fondu köməklik edərdi. İnşallah, o qazimizə dövlətimiz ev
tikər”.
Qeyd edək ki, qazi Məlik Məlikovun yaşadığı evin fotolarının ictimailəşdirilməsi cəmiyyətdə geniş rezonans doğurub.