“Nə Ağadadaş, o mən idim” – “MedEra”dakı insidentə meyxana dedilər – VİDEO
Məşhur meyxanaçı Xəyyam məclislərdən birində dediyi meyxana ilə diqqət mərkəzinə düşüb.
Qlobal.net Titul.az-a istinadla xəbər verir ki, Xəyyam son günlərin səngimək bilməyən hadisəsi – Xalq artisti Ağadadaş Ağayevin “balta” mövzusuna meyxana məclisində toxunub.
O, açılan qafiyəyə uyğun formada Xalq artistinin dava görüntüsünü əks etdirən o kadrlarla bağlı meyxana deyib.
Onun bu mövzu ilə bağlı meyxanası hər kəsin gülüşünə səbəb olub: