6353b6df0602f202210222447

Nazpəridən ŞOK AÇIQLAMA: "İlhamənin ağlına da gəlməzdi ki..."

“Onu bir dəfə ziyarət etmişəm. Dəfələrlə yuxuda gördüm. Özü də əsəbi, günahkar kimi görünürdü. Dedi ki, Nazpəri, haqqını halal et. Oyandım, onun adına yasin oxudum. Bir müddət sonra ziyarət etməyə getdim. Yaxşı qadın, gözəl sənətkar idi". 

Bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva illər əvvəl qalmaqal yaşadığı, mərhum Xalq artisti İlhamə Quliyeva haqqında qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda danışıb.  

Sənətçi mərhum həmkarının mahnılarını evdə zümzümə etsə də, amma repertuarına salmadığını bildirib:  "İlhamənin ağlına da gəlməzdi ki, onun haqqında nəsə danışım. Mən isə üzə tərifləyən adam deyiləm. Onun mahnılarını evdə zümzümə etmişəm, amma yazdırmamışam. “Yandım, elə yandım”ı sevirdim. Böyük mənuniyyətlə ifa edərdim. Amma istəmədim.

Çünki kim mahnısını oxuyurdu, bir bəzək-düzək edirdi. O, vəfat edəndə mətbuatdan zəng etdilər, dedilər ki, İlhamə xanım dünyasını dəyişib, nə deyə bilərsiniz? Cavab verdim ki, düşünürəm ki, əgər İlhamə Quliyeva vəfat edibsə, deməli biz də ölə bilərik”.  

Qeyd edək ki, mərhum İlhamə Quliyeva həmkarı Nazpəri Dostəliyevanın onu efirdə parodiya etməsinə qəzəblənərək məhkəməyə vermişdi. O, iddia ərizəsində şərəf və ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna xələl gətirildiyini bildirmişdi. (sfera.az)

22.10.2022 13:24
show 509