Nazirliyin xanım əməkdaşına yeni vəzifə verildi - FOTO
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin əməkdaşı Nigar Əhmədova işdən çıxıb.
O, bundan sonra əmək fəaliyyətini Şərqi
Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə
Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsində davam etdirəcək.
N.Əhmədova 1986-cı ildə Bakıda anadan olub. O, 2004-2009-cu illərdə
Azərbaycan Dövlət İqtisad Universitetinin Mühəndis iqtisadiyyatı və
idarəetmə fakültəsində "Menecment" ixtisası üzrə bakalavr, 2009-2012-ci
illərdə isə "Strateji İdarəetmə" ixtisası üzrə magistr təhsili alıb.
N.Əhmədova vaxtilə bir sıra aparıcı media qurumlarında çalışıb, 2019-cu ildən isə nazirliyin komandasına qoşulub.