“Nazirlik şəhid Səbuhi Əhmədovun qardaşı ilə bağlı qanunauyğun hərəkət edib” — Vahid Əhmədov
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qanunauyğun hərəkət edib”.
Bu sözləri
Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.
“Hesab edirəm ki, Sənan Əhmədov şəhidimiz Səbuhi Əhmədovun qardaşı
olduğuna görə və ailə ilə bir yerdə yaşadığına görə, ona müəyyən
güzəştlər etmək olar. Şəhidlər bizim üçün çox əzizdir. Şəhid ailələrinə,
qazilərə diqqət həmişə yüksək səviyyədə olmalıdır. Dövlət başçısı
İlham Əliyev və Mehriban xanım Əliyeva tərəfindən onlara diqqət
böyükdür. Hər halda, bu məsələdə şəhidin qardaşının yaşayış tərzinə
baxmaq lazımdır. Necədir, hansı şəraitdə yaşayır? Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi bu məsələyə müəyyən qədər müsbət yanaşsa
yaxşı olar. Qanunla əlaqədar nazirlik düz deyir. Düşünürəm ki, şəhid
ailəsi olduğu üçün bu məsələyə yenidən diqqətlə baxılmalıdır”.