Siyasət
Nazirin yüksək vəzifə verdiyi ŞƏXS KİMDİR?

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinə yeni rəis təyin edilib.
Oxu24.com xəbər verir ki, Gənclər və İdman naziri Fərid Qayıbovun əmri ilə sözügedən vəzifəyə Elşən Hüseynov təyin olunub.
Yeni rəis daha əvvəl Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik tərbiyəsi sektorunun müdiri olub.
Qeyd edək ki, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev bir neçə gün əvvəl vəzifəsindən azad edilib. (“Qafqazinfo”)



